Загрузка...

Ovulyasiya ilə bağlı olan bəzi suallar

Yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı "ovulyasiya" adlandırılır.

Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onu spermatozoidlər "gözlədikdə", mayalanma baş verir.

Qadınlarda ovulyasiya ilə bağlı bir çox suallar yaranır. Bu sualların bəziləri bu məqalədə cavablandırılır.

1. Ovulyasiya gününü necə dəqiq təyin etmək olar?

Bu ən tez-tez verilən suallardan biridir. Bu heç də asan iş deyil. Menstrual dövr (bir menstruasiyadan növbəti menstruasiyaya kimi olan müddət) müxtəlif qadınlarada müxtəlif olur. Birində bu dövr 24 gün, digərində 28, 30 və s. 40 günə kimi ola bilər. Təbii ki, bu qadınlarda ovulyasiya menstrual dövrünün müxtəlif günlərində baş verir - 11-ci, 14-cü, 16-cı günündə və s.

Amerikada olan Hamilə qadınların assosiasiyası ovulyasiya ilə bağlı araşdırmalar apardı və belə nəticələrə gəlidi ki, ovulyasiya sonuncu menstruasiyadan 11-21 gün sonra və ya növbəti menstruasiyadan 12-16 gün əvvəl baş verir.

Lakin bu rəqəmlər də nisbidir. Hətta eyni qadında hər menstrual dövr ərzində ovulyasiya eyni gündə baş vermir - müxtəlif səbəblərə görə (stress, xəstəlik, hətta fəsillərin dəyişilməsi) daha gec və ya daha tez baş verə bilər.

Bu səbəbdən yalnız menstruasiya dövrünün uzunluğuna əsaslanaraq ovulyasiya gününü dəqiq təyin etmək bir çox hallarda mümkün olmur.

Əgər qadın üçün ovulyasiya gününü dəqiq təyin etmək həqiqətən çox vacibdirsə (qadın sonsuzluğa görə müalicə alır və s.), bu halda ən dəqiq üsul kimi follikulometriyanı tövsiyə etmək olar. Bu zaman qadın menstrual dövrünün müəyyən günündən başlayaraq (bunu həkim təyin edir) müəyyən fasilələrlə (1-2 gündən bir) USM-dən keçir. USM həkimi monitorda follikulun inkişafını izləyir. Ovulyasiya baş tutduqda follikul yumurtalıqdan itir və onun yerində sarı cisim əmələ gəlir, duqlas boşluğunda (uşaqlığın  axrasında olan sahə) maye izlənilir. Bu əlamətlərə əsaslanaq həkim ovulyasiyanın baş verməsini müəyyən edir.

2. Ovulyasiya testləri dəqiq nəticə verirmi?

Ovulyasiyadan əvvəl qadının orqanizmində lyuteyinləşdirici hormonun (LH) səviyyəsi kəskin qalxır. Bu hormonun parçalanma məhsulları orqanizmdən sidiklə ifraz olunur.

Ovulyasiya testi sidikdə LH-un səviyyəsini və ovulyasiyanın mümkün olub-olmadığını təyin edir. LH öz zirvəsinə çatdıqda (test müsbət nəticə göstərir), bu o deməkdir ki, bu menstrual dövrdə ovulyasiya mümkündür.

Lakin əgər test hətta müsbət nəticə göstəribsə, bu həç də o demək deyil ki, ovulyasiya bu dövrdə mütləq baş verəcək.

Polikistoz xəstəliyi, yumurtalıqların tükənməsi sindromu, qadında klimaksdan əvvəl dövrdə LH yüksək ola bilər, lakin ovulyasiya baş verməyə bilər.

3. Menstruasiya zamanı hamilə qalmaq mümkündürmü?

İlk növbədə nəzərinizə çatdıraq ki, menstruasiya zamanı cinsi əlaqələr müxtəlif iltihabların inkişafına təkan verə bilər və bu səbəbdən ginekoloqlar qadınlara menstruasiya zamanı cinsi əlaqələrə girmək tövsiyə etmirlər.

Əgər cinsi əlaqə menstruasiyanın sonunda baş veribsə, qadın hamilə qala bilər. Məsələ burasındadır ki, qadın cinsiyyat yollarında spermatozoidlər 5, hətta 7 gün ərzində yaşaya bilirlər və öz mayalanma xüsusiyyətlərini itirmirlər. Beləliklə, əgər qadında menstrual dövr qısadırsa və ya menstruasiya bu konkret menstrual dövrdə daha tez baş verərsə, hamiləlik baş verə bilər.

4. 1 menstrual dövr ərzində ovulyasiya neçə dəfə baş verə bilər?

Yalnız 1 dəfə. Lakin bəzən menstrual dövr ərzində 1 yox, 2 follikul yetişir və onların ikisi eyni vaxtda ovulyasiya olunur. Əgər bu halda hamiləlik baş tutarsa, dünyaya müxtəlif yumurtalı əkizlər gələcək (bir birinə oxşamayan və hətta müxtəlif cinslərə aid olan uşaqlar).

5. Ovulyasiya hər menstrual dövrdə baş verir?

Hətta sağlam qadında ovulyasiya hər menstrual dövrdə baş verməyə bilər. Buna "anovulyator menstrual dövr" deyilir. Cavan qadınlarda 1 ildə 1-2 anovulyator menstrual dövr ola bilər. Qadının yaşı artdıqca anovulyator menstrual dövrlərin sayı da artır.

6. Ovulyasiya olmayıbsa, menstruasiya mümkündürmü?

Bəli, mümkündür.

Digər tərəfdən menstruasiya başlayıbsa, bu o demək deyil ki, keçən menstrual dövrdə ovulyasiya baş vermişdir.

Mənbə: www.on-woman.com


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Xedice.Qanbarova 09.12.2014 19:02
salam hekim. men ayin 1i aybasi olmusam sonuncu defe, 28i elaqede olmusam. menstrual tsikl 30-35 gunden bir tekrarlanir. bilmek isteyirem 28i hamile qalmaq mumkundurmu? bezi hekimler deyirler mumkundu bezileri ise deyir mumkun deyil. birde deyirler ki ovulyasiya bas verdikden sonra 24 saat erzinde hamilelik bas vere biler vaxt kecdikden sonra yumurta huceyre mehv olur. ele cixir ki eger 28i hamilelik mumkun olarsa mende ovulyasiya 27si bas verib? ola bilermi ele? xahis edirem cavablandirasin iz.
#2 Administrator 10.12.2014 05:35
Цитирую Xedice.Qanbarova:
salam hekim. men ayin 1i aybasi olmusam sonuncu defe, 28i elaqede olmusam. menstrual tsikl 30-35 gunden bir tekrarlanir. bilmek isteyirem 28i hamile qalmaq mumkundurmu? bezi hekimler deyirler mumkundu bezileri ise deyir mumkun deyil. birde deyirler ki ovulyasiya bas verdikden sonra 24 saat erzinde hamilelik bas vere biler vaxt kecdikden sonra yumurta huceyre mehv olur. ele cixir ki eger 28i hamilelik mumkun olarsa mende ovulyasiya 27si bas verib? ola bilermi ele? xahis edirem cavablandirasiniz.


1. Əgər Siz yalnız 28-i əlaqədə olmusunuzsa (ondan əvvəl yox),hamiləlik, çox güman ki, baş tutmayacaq.
2. Bəli, yumurta hüceyrəsi yalnız 24 saat ərzində yaşayır. Ovulyasiya günü və ovulyasiyadan 3-5 (hətta 7) gün əvvəl cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksəkdir.
#3 Xedice.Qanbarova 10.12.2014 06:23
tesekkur edirem sualimi cavablandirdiqi niz ucun. beli 28den evvel 23u 24u olub tebii yolla qorunma usulu ile. ele mumkundurmu?
#4 Administrator 10.12.2014 16:00
Цитирую Xedice.Qanbarova:
tesekkur edirem sualimi cavablandirdiqiniz ucun. beli 28den evvel 23u 24u olub tebii yolla qorunma usulu ile. ele mumkundurmu?

Ehtimal azdır.
#5 nara90 11.12.2014 14:24
Salam doktor.menstrua l tsikl hemiwe eyni olmalidir?mende he ay bir cure olur:27 28 30 31 ve s.bu normaldi?
#6 Administrator 11.12.2014 14:46
Цитирую nara90:
Salam doktor.menstrual tsikl hemiwe eyni olmalidir?mende he ay bir cure olur:27 28 30 31 ve s.bu normaldi?

Bu linkə keçib sualınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика