Bir çox xəstəliklər üçün faydalı resept təqdim edirik.
Kompozisiyaya sağlamlığa faydaları ilə məşhur olan 3 məhsul daxildir.
Bu komponentlərin hər birində orqanizm üçün lazım olan çoxlu vitaminlər, mikroelementlər və digər maddələr var.
Tərkibi:
Təbii bal - 1/4 lt.
Aloe - 4 böyük yarpaq
Limon qabığı ilə - 2 əd.
Hazırlanması:
Aloe yarpaqlarından geli çıxarırıq, limonları yuyub ətçəkən maşından keçiririk. Bütün komponentləri birləşdiririk və blenderdən keçiririk. Daha sonra qarışımı bir şüşə bankaya töküb qapağını yaxşıca bağlayırıq. Soyuducuda saxlayırıq.
7 gün ərzində səhər və axşam yeməkdən sonra 1 çay qaşığı istifadə edirik. Daha sonra 1 həftə fasilə veririk.
1 ay soyuducuda saxlayın.
Faydaları:
- sinir, həzm, ürək-damar sistemlərinə çox müsbət təsir edir, xəstəliklərin inkişafından qoruyur
- immuniteti möhkəmləndirir
- orqanizmi şlak və toksinlərdən təmizləyir
- qəbizliyi müalicə etməyə kömək edir
- orqanizmdə iltihabları azaldır
- virus və mikrob əleyhinə təsirə malikdir
- xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir
- dərinin vəziyyətinə çox müsbət təsir edir
- orqanizmdə gedən bərpa proseslərini stimullaşdırır.
Sevinc Hüseynova
Saglamolun.Az