Bu çərəz və meyvələr yaddaşı bərpa edirmiş - TÖVSİYƏ

Yaddaş itkisi hər yaşda və müxtəlif səbəblərdən baş verə bilər.

Yaddaş itkisinə yaşlanma zamanı beyin hüceryələrinin məhv olması, beynin zədələnməsi, müxtəlif xəstəliklər ( alzheimer, parkinson, dağınıq skleroz, huntington və.s), dərmanlar, yuxusuzluq, alkoqol və narkotikdən istifadə, vitamin çatışmazlıqları və hormonal dəyişikliklər səbəb ola bilər.

Yaddaş itkisinin qarşısını almağa kömək edən qida və bitkilər mövcuddur.

Qaragilə: Bu giləmeyvələr beyni oksidləşdirici stressdən qorumağa kömək edən antioksidanlarla zəngindir. Ona görə də beyinlə işləyən və yaşlı insanlara tövsiyə edilir. Qaragilə insultdan sonra beyinin fəaliyyətinin bərpasına kömək edir.

Zerdeçal: Araşdırmalar göstərib ki, zerdeçalın tərkibindəki curcumin adlı maddə artrit və oynaq iltihabı kimi xəstəliklərə qarşı faydalı ola bilər. Bundan əlavə, curcuminin alzheimer, dəri xəstəlikləri və yüksək xolesterinə qarşı qoruyucu təsir göstərdiyi də sübut edilmişdir.

Brokoli: Brokolidə sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edən qlükozinolatlar adlanan birləşmələr var. Bu da yaddaş itkisinin qarşısını almaq üçün önəmli hesab edilir. Brokolinin tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.

Qoz: Tədqiqatlar göstərib ki, qoz əslində zehniniz üçün olduqca faydalı qidadır, eyni zamanda beyni iltihabdan qorumağa kömək edən və beyin funksiyasını dəstəkləyən qidaları özündə ehtiva edir. Beyin funksiyasının inkişafı, zehni elastiklik və daha yaxşı yaddaş üçün olduqca təsirlidir.

Tünd şokolad: Yüksək keyfiyyətli tünd şokoladda flavonoidlər var. Onların da idrak funksiyasını yaxşılaşdırdığı və beyni zədələrdən qoruduğu sübuta yetirilib.

Rosemary: Bu otda da yaddaş və idrak funksiyasını gücləndirməyə kömək edəcək birləşmələr mövcuddur.

Jenşen: Bu kökdən əsrlər boyu ənənəvi tibbdə yaddaşı və konsentrasiyanı yaxşılaşdırmaq üçün istifadə edilib. Bitki insanın mərkəzi sinir sisteminə çox müsbət təsir edir - yaddaşı möhkəmləndirir, yuxusuzluqdan və depresiyalardan azad edir, stresi azalıdr, nevrasteniya zamanı kömək edir.
Jenşen təbii tonuslaşdırıcı vasitədir - insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır.

Gingko biloba: Ginkgo biloba güclü antioksidant xüsusiyyətlərə malik olduğu üçün bədəni xəstəliklərə qarşı qoruyur və immunitet sistemini gücləndirir. Ginkgo biloba beynin sağlam fəaliyyətini dəstəklədiyi üçün yaşlandıqca Alzheimer və demans kimi xəstəliklərin yaranma ehtimalını da azaldır.

Adaçayı: Adaçayı bir çox vitamin və mineral ehtiva edən və qədim zamanlardan müalicə mənbəyi kimi tanınan bir bitkidir. Stressi azaldan və sakitləşdirici təsirə malikdir. Sinir problemlərindən yaranan baş ağrılarını aradan qaldırır. Adaçayı tərkibindəki C vitamini immunitet sisteminə kömək edir.

Avokado: Avokadonun tərkibindəki vitaminlər xərçəng xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir. Həmçinin fol turşusu ilə zəngindir. Fol turşusu da yeni hüceyrələrin əmələ gəlməsində mühüm rol oynayır.

Qeyd etmək vacibdir ki, bu qidalar və bitkilər yaddaşa faydalı təsir göstərsə də, yaddaş zəifləmənin yeganə müalicəsi kimi onlara etibar edilməməlidir. Sağlam qidalanma, müntəzəm məşq və normal yuxu rejimi də beyin sağlamlığını qoruyan vacib amillərdir.

Sevinc Hüseynova

 

Saglamolun.Az