Загрузка...

Parafin terapiyası nədir?

Parafin terapiyası, indiki dövrdə çox istifadə olunan prosedurlardan biridir.

Əvvəllər parafini, əməliyyatdan sonrakı dövr üçün, əzələ dartınması, artritin profilaktikası və ya müalicəvi massaj üçün istifadə edirdilərsə, indi estetik kosmetologiyada onun rolu əvəzolunmazdır.

Əgər dərinizin quru olmasını və yüngül qırışları hamarlaşdırmaq istəyirsinizsə, o zaman parafin terapiyası, bu kimi problemlər üçün ən ideal yoldur. Parafinin köməyi ilə dəri nəinki  yumşalır, nəmləni r və hamarlaşır,həmçinin dərinin cavanlaşması nəzərə çarpır.Parafin dərini örtür,ona havanı keçirmir və tədricən ona istilik verir.

Dəridə nə baş verir:

- Parafin mülaicəsində, hərarət 1,5 -2 dərəcə qalxdığından, dərini yandırmır. Soyuduqca parafının həcmi azaladığından,dəridə dartınma prosesi baş verir. Məhz bu xüsusiyyətinə görə, dərin olmayan,yüngül qırışların hamarlaşması baş verir. Lakin bu yalnız gündəlik olaraq edildikdə tam nəticə verir.

- Dərinin üst qatı xeyli yumşalır, məsamələr genşlənir və parafin" parnik effekti" verdiyinə görə, nəticədə tər ifraz olunur. Parafinin nəm keçirtmədiyinə görə, tər yenidən dəriyə hopur. Tərlə birlikdə ifraz olunan toksik məhsullar isə molekulların böyüklüyünə görə səthdə qalır. Məhz buna görə parafin terapiyası, nəmləndirici və müalicəvi xüsusiyyətləri ilə fərqlənir.

- Hərarət artdığına görə, qan dövranı güclənir və nəticədə dəri daha elastik və qüvvətli olur.

Bu prosedur, əllər, ayaqlar, üz dərisi, qarın və bud nahiyələrində problemli  zonanın profilaktikası üçün keçirilir. Sizə əllər üçün keçirilən prosesi təqdim edirik:

Əlləri, biləyə qədər, əridilmiş parafin olan qaba salıb, bir neçə saniyədən sonra çıxardırıq. Bunu 7-8 dəfə edirik ki, parafinin qalınlığı çox olsun. Bundan sonra əllər, polietilen paketlə,paketin də  üstünə qalın, isti bir əlçək və ya dəsmalla örtülür. Prosedurun müddəti  25 dəqiqə çəkir. Sonda, parafin biləkdən barmaq ucları istiqamətində soyulur. Bir neçə prosedurdan sonra dərinin necə hamar və incə olmağını hiss etməmək mümkün olmayacaq.

Lakin, hər bir prosedurun əks göstərişi olduğu kimi, parafin terapiyasının da əks göstərişləri vardır. Bu prosedur,yüksək təzyiq, şəkər xəstələri  və qan-damar xəstəlikləri olan insanlar üçün qadağandır.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 ulicka 08.04.2014 06:36
salam bunu heftede nece defe etmek lazimdir? birde yazmisiniz ki elleri eridilmiw parafin olan qaba salib cixarmaq lazimdir bes parafin eli yandirmaz? cox isti olsa olar ki biraz gozleyeyek ki temperaturu duwsun?

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика