Yuxusuzluğun 3 əsas səbəbi açıqlandı

Somnoloq Pavel Kudinov hazırda uşaqdan böyüyə hər kəsin probleminə çevrilən yuxu pozğunluğunun əsas səbəblərini sadalayıb.

Saglamolun.az medicina.az-a istinadla bildirir ki, bu səbəblər aşağıdakılardı:

- Təşviş, gərginlik - yuxuya getməkdə çətinlik

- Depressiya - gecə qəfil oyanma, sonra yenidən yatmaq və səhər tezdən oyanmaq

- Müxtəlif xəstəliklər, məsələn, virus, koronavirus.

"Nə qədər ki, pandemiya davam edir, təşviş pozuntuları yuxuya getməyə mane olacaq.

Həmçinin kovid sinir sisteminə çox pis təsir edir".

35 yaşa qədər insanlar daha çox panik atak və buna bağlı yuxusuzluqdan əziyyət çəkir.

Müalicə üçün nevroloq, psixiatr müalicəsi lazımdır.

Saglamolun.Az