Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə TƏBİB-dən məlumat yayıb.
Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:
“Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan səkkizi qadın, biri isə 16 yaşlı oğlan uşağı olub”.
Saglamolun.Az