Загрузка...

Tər suluqları və bişməcələr. Müalicə üsulları

Kiçik yaşlı uşaqların dərisinə kifayət qədər və düzgün qulluq etmədikdə dəridə tər suluqları və bişməcələr kimi iltihabi səpgilər əmələ gəlir.

Tər suluqları kiçik şəffaf suluqlar şəklində olur. Bişməcələrdən fərqli olaraq tər suluqları təkcə qurşaqdan aşağı deyil, həm də qulaq arxalarında, qoltuq altlarında, bir sözlə, tər vəziləri yerləşdiyi nahiyələrdə rast gəlinir.

Tər suluqlarının əmələgəlmə səbəbi uşağı həddən-ziyadə bürümək və ya yüksək qızdırma nəticəsində onun tərləməsidir. Sonradan irinciklərin əmələ gəlməməsi üçün tər suluqlarının müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Tər suluqlarını başlanğıc dövrdə müalicə etmək çox asan başa gəlir. Bunun üçün uşaq çobanyastığı, kalendula, pişikdili və s. kimi antiseptik otların dəmləmələri ilə vanna qəbul etdikdən sonra onun dərisini uşaq tozu (“prisıpka”) ilə sürtmək lazımdır.

Körpələrin dərisi hələ çox qurudur, çünki tər vəziləri kifayət qədər inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində tez-tez bişməcələr əmələ gəlir - dəri çatlayır, qızarır və qıcıqlanır. Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.

Bişməcələrin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha yaxşıdır. Bişməcələrin profilaktikası üçün uşağı tez-tez yuyundurmaq; uşaq bezini hər 3-4 saatdan bir dəyişdirmək; əsgilərini, paltarlarını hər zaman təmiz saxlamaq; uşaqların paltar və əsgilərini xüsusi uşaq yuyucu tozları ilə yumaq və axar suyun altında yaxşıca yaxalamaq; uşaq paltarlarını qaynar ütü ilə ütüləmək; hava vannalarının müddətini artırmaq lazımdır. Xüsusi uşaq kremlərdən və yağlardan istifadə edilməsi də çox yaxşı effekt verir. Ancaq nəzərə almaq lazımdır ki, uşaq kremləri və yağları ilə uşağın bütün dəri örtüyünü sürtmək olmaz. Bu, uşağın sağlamlığı üçün çox vacib hesab olunan dərinin tənəffüs funksiyasını pozaraq hətta hipoksiyanın (qanda oksigenin miqdarının çatışmazlığı) əmələ gəlməsinə səbəb ola bilər.

Qida allergiyasından əziyyət çəkən uşaqlarda bişməcələrə daha tez-tez rast gəlinir. Uşağın və ya süd verən ananın rasionundakı allergen məhsullar uşağın nəcisinə və sidiyinə kəskin yeyici xüsusiyyət verir ki, nəticədə uşağın dərisi qıcıqlanaraq iltihablaşır.

Uşağın dərisində bişməcələr əmələ gəlmişdirsə, onunla mübarizədə ən yaxşı üsul - hava vannalarıdır. Dərinin zədələnmiş hissələrinə xüsusi uşaq kremləri (məsələn, bepanten) sürtmək lazımdır. Uşağı çimizdirərkən onun vannasındakı suya ot dəmləmələri (çobanyastığı, adaçayı, pişikdili və s.) əlavə etmək yaxşı nəticə verir. Bu zaman uşaq tozundan isə imtina etmək tövsiyə olunur. Bu tozlar büküşlərdə yığılaraq, uşağın vəziyyətinə pis təsir edir.

Bişməcə mikrob iltihabı ilə qarışarsa, körpədə bələk dermatiti əmələ gəlir. Uşağın dərisi hətdən artıq quru olur, qızarır və şişir. Bu halda mütləq pediatra müraciət etmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 menim sirin balam 07.02.2013 19:04
cox sagolun faydali melumatlariniza gore..sizin kitabinizi almisam ve mene dogum erefesinde cox komek oldu bu kitab..sukur Allaha ki korpemi sag salamat dunyaya getirmisem.6ayi tamam oldu 7aya kecib..cox sagolun.
neyese ehtiyacim olduqda bu kitab menim daimi komekcimdi.isle rinizde ugurlar.
#2 namire 07.05.2013 06:53
yeni dogulmus korpeleri nece c tempuraturda saxlamak lazimdir ???
#3 Administrator 08.05.2013 11:34
Hörmətli oxucumuz!
Pediatrların fikirinə görə, otağın temperaturu 20-22 C olmalıdır.

.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /860

Яндекс.Метрика