Ət otunun bilmədiyiniz faydaları - arıqladır, təzyiqi salır, böyrəkləri təmizləyir...

Ət otu (mayoran) mətbəxdə ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

Saglamolun.az bildirir ki, yeməklərə xoş dad bəxş edən bu ot həm də çox güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Ət otu ürək və damarları möhkəmləndirir, damarları genişləndirir və bununla da arterial təzyiqi tənzimləməyə kömək edir, hipertoniyanın inkişafı riskini azaldır. Bu ot ümumiyyətlə bütün ürək-damar sistemində gərginliyi azaldır, infarkt və insultun qarşısını alır. Həmçinin mayoran qanda xolesterinin səviyyəsini də aşağı salır.

Ət otu qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

Ət otunun çox yaxşı sakitləşdirici və depressiya əleyhinə xüsusiyyətləri var. Mayoran əhvalı yaxşılaşdırır, stresi və həyacanı azaldır, yuxusuzluqla mübarizə edir.

Ət otundan istifadə gözdə yağla bağlı olan patoloji dəyişikliklərin qarşısını alır.

Mayoran çox yaxşı iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bəlğəmgətirici təsir edir, nəfəs yolları selikdən və mikroblardan təmizləyir, siqaret çəkən insanlar üçün faydalıdır. Ət otu astma və xroniki öskürək zamanı çox təsirlidir.

Ət otu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır - həzm proseslərini yaxşılaşdırır, qəbizlik, köp, mədə sancısı kimi pozulmalarda kömək edir, bağırsaqlarda mikrobları öldürür.

Ət otu piylərin parçalanmasını sürətləndirərək arıqlamağa da yardım edir.

Mayoran böyrək və sidiki kisəsi üçün ən faydalı otlardan biridir - sidikqovucu təsir edir, böyrək və sidik kisəsini duzlardan təmizləyir, daşların əmələ gəlməsinin qarşısnı alır.

Mayoran qədimdən qadınlara menstruasiya ilə bağlı problemlərdə müalicəvi vasitə kimi istifadə olunur - menstrual ağrıları azaldır, menstruasiyaları tənzimləyir.

Ət otu ilə ayaq vannaları ayaqlarda gözələk zamanı effektlidir.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...

 


Яндекс.Метрика