Xəzər rayonunda 4 nəfər dəm qazından zəhərlənib

Bakının Xəzər rayonunda 4 nəfər dəm qazından zəhərlənib.



"Report"un məlumatına görə, Binə qəsəbəsində 1987-ci il təvəllüdlü Əhmədov Şahin Sahib oğlu və 1984-cü il təvəllüdlü İsmayılov Azər Ağasəməd oğlu, qəsəbənin “Südçülük sovxozu” adlanan ərazisində 1984-cü il təvəllüdlü İsaqova Samirə Eldar qızı, Şağan qəsəbəsində isə 1991-ci il təvəllüdlü Abdullayeva Günay Sindbad qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Saglamolun.Az