Yaşlılarda oynaq ağrıları necə müalicə olunmalıdır?- Canlı əməliyyat görüntüləri - VİDEO

Qədim dövrlərdən oynaq ağrıları kiçikdən-böyüyə hər kəsi narahat edən problemlərdən olub. Hələ tibbin inkişaf etmədiyi dönəmlərdə insanlar oynaq ağrılarına çarəni xalq təbabətində axtarıb. Belə ağrılar üçün üçün xüsusi məlhəmlər hazırlanıb. İnsanlar düşünür ki, onları narahat edən oynaq ağrıları, ayaqlarda ağırlıq hissi, köhnə zədələr hazırlanan bu qarışımlarla yaxşılaşacaq.  Bəs, əsl həqiqət necədir? Doğrudanmı, xalq təbabəti elementləriylə hazırlanmış müxtəlif qarışımlar oynaq ağrılarında müalicə üsuludur?

Sağlamolun.az saytına danışan ortoped-travmatoloq, uzman doktor Rəşad Zeynalov belə qarışımların bəzən effekt verdiyini söylədi. Həkim qeyd etdi, bu qarışımlar müəyyən zaman kəsiyində, müvəqqəti olaraq ağrıların azalmasına kömək göstərir:

“Təbii ki, illər öncə, tibb elminin bugünkü səviyyəyə çatmadığı dövrlərdə belə müalicə üsulları keçərliyidi. Tibb inkişaf etdikcə daha proqressiv metdolar işlədilməyə başladı. Xüsusi qeyd olunmalıdır ki, gənc yaşlarda müxtəlif qarışımlar oynaq ağrılarının azaldılmasında daha effektlidir. İnsanlar yaşlandıqca oynaq ağrılarının kəskinləşməsi halında ən yaxşı müalicə metodu cərrahi müdaxilədir”.

Qeyd edək ki, bu cür problemlərdən biri  bud-çanaq oynağının total sementsiz endoprotezləşdirilməsidir. Sağlamolun.az Sizə ortoped-travmatoloq uzman doktor Rəşad Zeynalovun sol bud-çanaq oynağının total sementsiz endoprotezləşdirilməsi əməliyyatının videosunu təqdim edir:

 

 

 

Saglamolun.Az