Peyvəndlə bağlı daha bir açıqlama

"Qidaya, müxtəlif kimyəvi maddələrə və s. olan yüngül allergiya peyvəndin vurulması üçün əks göstəriş sayılmır".

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "report"a müsahibəsində deyib.

O bildirib ki, belə hallarda allergik proses söndükdən sonra vaksinasiya yerinə yetirilir:

"Əvvəllər hər hansı bir, o cümlədən koronavirusa qarşı vurulmuş 1-ci doza peyvəndə, vurulacaq peyvəndin hər hansı bir komponentinə ağır allergik reaksiya olduqda peyvənd vurulmur". /Baku.ws

Saglamolun.Az