12 il bundan əvvəl Perm şəhəri (Rusiya Federasiyası) Uşaq kliniki xəstəxanasına dayaq-hərəki apparatının ağır patologiyası olan 1 yaşlı uşaq daxil olub.
Uşaqda sol ayağında anadangəlmə kiçik baldır sümüyünün və baldır əzələsinin olmaması, baldırın inkişafının pozulması, pəncənin çıxığı aşkar olunub. Uşağın sol ayağı sağ ayağından 2 dəfə qısa idi.
Travmatoloqlar uşağın ayağının tədricən uzanmasına qərar verdilər. Müalicə olunmadan uşaq yalnız əlil arabasında hərəkət edə bilərdi.
3 ildən bir həkimlər uşağın baldır sümüyünü sındırıb sümükləri İlizarov apparatı ilə bərkidirdilər. Bu hər dəfə uşağın ayağının 5-6 sm uzanmasına kömək edib. Artıq uşaq 4 belə proseduradan keçib və həkimlər onun ayağını 20 sm uzada bildilər.
Rus mətbuatı xəbər verir ki, hal hazırda uşaq müstəqil şəkildə yeriyə bilir. Uşaq sonuncu əməliyyatdan keçməlidir ki, nəticədə onun ayağı 7 sm də uzanacaq.
Saglamolun.Az