Siqaret tüstüsündə toksiki və kanserogen olan 4800 dən çox maddə var. Tüstünün nəfəslə alınması zamanı bu toksinlər ağciyərlər tərəfindən sovrulur və bütün bədənə yayılır.
Tütün istifadəsi təkcə tənəffüs sistemi deyil, bütün orqan və toxumalara ziyan vurur.
1. Tənəffüs sistemi
Siqaret tüstüsü tənəffüs yollarının xroniki iltihabına səbəb olub, bronxları zədələyir və infeksiyaya yoluxma riskini artırır. Periodik siqaret çəkənlərdə nəfəs darlığı, xronik öskürək və bəlğəm şikayətləri olur.
2. Qan-damar sistemi
Siqaret çəkənlərdə damar sərtliyi artır, qanın oksigenlə doyması azalır, zərərli xolesterin dediyimiz LDL miqdarı artır və bu da damarların daxilində aterosklerotik ərplərin yaranmasına səbəb olur. Nəticədə damarlar daralır, zəifləyir, damar xəstəlikləri, infarkt və insultun riski artır.
3. Sinir sistemi
Damarlarlarda gedən dəyişikliklər mərkəzi sinir sisteminə də mənfi təsir göstərir, Alzheirmir və depressiya riskini artırır.
4. Dəri
Siqaretin tərkibində olan nikotin dəridə qan dövranını zəiflədir, nəticədə dəri solğun, zəif, qocalmış olur.
5. Diabet
Şəkərli diabet öz-özlüyündə damarları zədələyir. Bununla birlikdə siqaret istifadəsi 2 qat damar patologiyalarını artırır.
Siqareti tərgitmək ilk növbədə psixoloji prosesdir və güclü, iradəli motivasiya istəyir.
Bədənin zərərli maddələrdən təmizlənməsi, siqaretə ikrah hissinin yaradılması üçün bioloji tənzimləmə müalicə üsulu əvəzsiz, müsbət nəticəli üsuldur.
Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
.
Saglamolun.Az