Saqqızın əvəzinə mixək çeynəyin! 10 faydası

Mixək ən faydalı və müalicəvi ədviyyatlardan biri sayılır.

Bir çox Şərq ölkələrində mixək çeynəmək adəti var. Həqiqətən bu çox yaxşı adətdir. Yeməkdən sonra saqqız deyil mixək çeynəyin. Bu dişlərinizin sağlamlığını qoruyacaq və nəfəsinizi təravətləndirəcək.

Saglamolun.az bildirir ki, mixək çeynəməyin bir çox digər faydaları da mövcuddur:

- Ağız boşluğunda ziyanlı mikrobları (o cümlədən stafilokokku) öldürür, iltihabları müalicə edir.

- Mixək tanınmış təbii qurd qovucu vasitədir.

- Damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, damaqların iltihabını müalicə edir, diş ağrısını azaldır.

- Boğaz ağrısı zamanı kömək edir.  

- Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır - köp, meteorizm, qarında ağırlıq zamanı  yardım edir.

- Xərçənginin riskini azaldır. Mixəyin tərkibində olan "evgenol" adlı maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

- Baş ağrısı zamanı kömək edir.

- Aşağı təzyiqi tənzimləyir. Hipotoniyadan əziyyət çəkənlər bunu bilməlidir. Əksinə isə hipertoniyadan əziyyət çəkənlər mixəkdən tez-tez istifadə etməməlidir ki, bu təzyiqin yüksəlməsinə səbəb ola bilər.

- İnsanı gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır.

- Beyinin fəaliyyətini stimullaşdırır.  

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

SON YAZILAR

 


Яндекс.Метрика