Saglamolun.az kp.ru-ya istinadla xəbər verir ki, səhər saatlarında Rusiyanın Kazan şəhərində (Tatarıstan) yeniyetmə məktəbdə dəhşətli qətliam törədib.
Avtomatla silahlanmış 19 yaşlı İlnaz Qalyaviyev 175 saylı məktəbə daxil olaraq onun qarşısına ilk çıxan mühafizəçini və xadiməni öldürüb. Daha sonra o, yuxarı mərtəbələrə qalxaraq məktəblilər və müəllimlərə atəş açıb. Uşaqlar xilas olunmaq üçün özünü pencərədən atırdılar.
Qətliamın nəticədə 7 uşaq olmaqla 12 nəfər həyatını itirib, 20-dən çox şəxs, o cümlədən 18 uşaq xəsarət alıb, bəzilərinin vəziyyəti ağırdır.
İlnaz Qalyaviyev tutulub, Kazanda məktəblərdə dərslər ləğv olunub, yoxlama gedir.
Saglamolun.Az