"Yüngül" siqaretlər daha ziyanlıdır! Onkoloqlardan xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronxlar xərçəngindən 1 mln-dan artıq insan ölür.

Bu çox qorxunc statistikadır. Onkoloqların məlumatlarına əsasən, hal hazırda bu xərçəng növləri xeyli cavanlaşıb və orta və hətta cavan insanlarda daha tez-tez aşkar edilir. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir.

Hal hazırda bir çox siqaret çəkən insanlar daha "yüngül" siqaretlərə keçir. Onlar fikirləşir ki, bununla öz sağlamlığına daha az ziyan vururlar. Lakin bu yanılmadır. Onkoloqların sözlərinə görə, "yüngül" siqaretlər daha "ağır" siqaretlərdən yalnız nikotinin miqdarı ilə fərqlənir. Nikotin alışma yaradır. Siqaretlərin tərkibində olan çoxsaylı qatranlar isə güclü kanserogen xüsusiyyətlərinə malikdir. Bu qatranların miqdarı "yüngül" və "ağır" siqaretlərdə eynidir. Bundan əlavə sübut olunub ki, "layt"-siqaretləri çəkən insanlar tüstünü daha dərin alır ki, nəticədə ziyanlı maddələr daha dərin, tənəffüs sisteminin aşağı hissələrinə düşür. Bu isə, təbii ki, çox ziyanlıdır.

Beləliklə, özünü siqaret çəkməklə bağlı olan risklərdən qorumaq istəyən insanın yalnız bir çıxış yolu var - siqaret çəkməkdən tam imtina etməkdir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...

 


Яндекс.Метрика