1 parça buzla üzünüzü cavanlaşdırın

Kosmetik buz çox sadə, lakin eyni zamanda çox təsirli kosmetik vasitədir.

Kosmetik buzdan hər gün istifadə etmək olar. Bu vasitə üz dərisini tonuslaşdırır, şişkinliyi, gözlərin altında kölgələri aradan qaldırır, təravətləndirir, kiçik qırışları hamarlayır, dərinin sallanmasının qarşısını alır, cavanlaşdırır.

Müxtəlif elmi araşdırmalar nəticəsində sübut olunub ki, soyuğun təsiri dəridə mübadilə proseslərini və qan dövranını sürətləndirir, dərinin qocalmasını ləngidir. Maraqlıdır ki, buzun dəriyə müsbət təsiri insanlara ta qədimdən məlumdur. Qədim dilbərləri gözəlliyini qorumaq üçün gecə çarpayının baş hissəsinə buzla dolu olan qab qoyurdu.

Buzun daim istifadəsi dərinin solmasını ləngidir. Kosmetik buzu hazırlamaq üçün soyuducunun buz üçün olan qabına adi və ya mineral su, müxtəlif otların dəmləmələrini  (çobanyastığı, kalendula, kətan toxumları, adaçayı və s.), meyvə və tərəvəz şirələrini (xüsusilə kartof, xiyar, portağal, qreypfrut, limon), süd töküb dondurmaq lazımdır. Səhər 1 parça buzu götürüb bir neçə dəqiqə ərzində üz dərisinin və həmçini boyun və dekolte zonasının dərisinin üzərində ehtiyatla sürüşdürün. Buzu bir yerdə çox saxlamayın - bu dərinin həddən artıq soyumasına səbəb olacaq. Bütün hərəkətləri massaj xətləri üzrə etmək lazımdır.

Bəzi hallarda bu prosedurdan istifadə etmək olmaz:

- dəriniz çox yağlı və ya əksinə çox quru və həssasdırsa,

- dəridə kuperoz (damarların genişlənməsi) varsa,

- dəri xəstəlikəri zamanı (ekzema, dermatit və s.).


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...

 


Яндекс.Метрика