Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Turan Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.
Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.
Bu haqda AZXEBER.COM-a Tunarın anası Səbinə Əliyeva məlumat verib.
O deyib ki, sevincinin həddi-hüdudu yoxdur: Allahım sənə qurban olum bu şad xəbəri vermək mənə qismət oldu. SMA yox Tunar qalib gəldi. Çox təşəkkür edirəm. Söz tapa bilmirəm".
Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün "Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.
Saglamolun.Az