Mayonez düzəltmək çox asandır.
Sağlamolun.az bu dəfə salatların əsas ləzzəti olan mayonezin evdə hazrlanma qaydasını təqdim edir:
Tərkibi:
1 yumurta
1 stəkan maye yağ (ya da zeytun yağı)
1 çimdik duz
1 çay qaşığı limon suyu
1 qaşıq qaynar su
Hazırlanma qaydası:
Otaq temperaturundaki yumurtanı dərin və təmiz bir qaba sındırın. Üzərinə duz,limon suyu və qaynar suyu sürətlicə əlavə edib çırpın, köpük köpük olacaq. Maye yağı ip kimi incə-incə axıdaraq heç dayanmadan çırpmağa davam edin. Bir dəqiqəyə bərkiməyə başlayacaq. Yaxşıca qatılaşanda mayoneziniz hazırdır .Evdə hazırlanan mayonezi ən çox 2 və ya 3 gün ərzində istifadə edin.
Nuş olsun!
Saglamolun.Az