Azərbaycanda koronavirusdan son sutkada 6 nəfər vəfat edib

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda bu gün koronavirus infeksiyasına  603 yeni yoluxma faktı qeydə alınıb, 234  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargah xəbər verir ki, son sutkada  6 nəfər “COVID-19”dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240 295  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb,  3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.

Ölkədə son sutka ərzində8 945 , hazırkı dövrədək isə 2 710 126  test aparılıb.

Saglamolun.Az