Koronavirusa qarşı peyvəndin qiyməti açıqlandı

ABŞ-ın dərman firması olan "Pfizer", "BioNTech" ilə birgə koronavirusa qarşı hazırlanan peyvəndin sınaqlarını həyata keçirib. Peyvəndin virusa qarşı 95% təsirli olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, Avropa Birliyi "Pfizer" və "BioNTech" ilə razılıq əsasında 300 milyon doza qarşılığında 4.65 milyard avro ödəyəcəyini açılayıb. Buna görə koronavirus peyvəndinin hər dozasına görə 15.5 avro ödəniləcək.

Həmçinin, peyvəndin yaş, etnik qrup yaxud cinsiyyətdən asılı olaraq təsirinin dəyişdiyi bildirilir.  65 yaşdan yuxarı insanlarda isə 94% təsirə malikdir.

Qeyd edək ki, 2020-ci ilin sonuna qədər 50 milyon doza, 2021-ci ildə isə 1.3 milyard doza istehsal edilməsi planlanıb.

Saglamolun.Az