Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz!

Yazda insanın immun sistemi zəifləmiş olur və bu səbəbdən məhz yazda biz virus və soyuqdəymə xəstəliklərinə daha tez-tez tutuluruq.

Bu səbəbdən yazda immuniteti mütləq möhkəmləndirmək lazımdır. Yeni koronavirusun tüğyan etdiyi dövrdə bu xüsusilə aktual məsələyə çevrilir.

İmmuniteti möhkəmləndirmək üçün ilk növbədə tamdəyərli qidalanmaq lazımdır. Bütün pəhrizlərə  “stop” deyin. İmmun hüceyrələri “immunoqlobulinlər” adından məlum olduğu kimi “qlobulin”lərdən yəni zülallardan ibarətdir. Bu səbəbdən qidalanmada zülallarla zəngin olan məhsulların miqdarını artırır. Bu ilk növbədə ət, balıq, yumurta və süd məhsullarına aiddir.

Zülallardan əlavə immunitetin normal səviyyədə olması üçün bizə bəzi vitamin və minerallar da lazımdır.

Diyetoloqlar immun sistemini üçün ən faydalı olan məhsulları təyin edib. Saglamolun.az xarici KİV-lərə istinadla sizə bu məhsulları ilə tanış edir:

- İstənilən göyərtilər. Vitamin və mineralların ən zəngin mənbəyidir.

- Yerkökü. Karotinoidlərin zəngin mənbəyidir. Karotinoidlər orqanizmdə A vitamininə çevrilir.

- Qoz, fındıq, badam, püstə, keşyu və s. Əvəzolunmaz Omeqa-3 və Omeqa-6 yağlı turşular, E vitamini, sink, selen və mislə zəngindir.

- Kətan toxumu, çia toxumu, küncüt, balqabaq və günəbaxan tumları. Omeqa-3 və Omeqa-6, E vitamini, bir çox minerallarla zəngindir.

- Kələm. A və C vitaminləri, selenlə zəngindir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...