Şagirdlər sinifdən-sinfə keçəcəklər?

Distant tədrislə hər bir şagird öz təhsilini davam etdirir. Ona görə də şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil.

Onlar sinifdən-sinfə keçəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, ölkədə distant təhsilə keçid olunmur. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar alternativ tədris forması kimi distant tədris forması seçilib.

Saglamolun.Az