Professor Neumıvakinin adını bir çox insanlar bilir. Həkim, çoxsaylı elmi araşdırmalar və məqalələrin müəllifi olan professor deyirdi ki, insanın sağlamlığı ilk növbədə onun vərdişləri, davranışı, qidalanması və emosiyaları ilə bağlıdır.
İnsan həyat tərzində müəyyən dəyişiklikləri etməklə qocalana qədər sağlam qala və həkimlərə müraciət etməyə bilər.
Saglamolun.az oxucularını Neumıvakinin düzgün qidalanma ilə bağlı bəzi tövsiyələri ilə tanış edir.
1. Səhər saat 5-dən 7-yə 1 stəkan su için. Bir az keçdikdən sonra daha 1 stəkan su için. Bu gecə vaxtı mayenin itkisini bərpa edir və qəbizliyin qarşısını alır.
2. Gün ərzində təxminən 2 l maye qəbul edin.
3. Əsəbi halda yemək bişirmək və həmçinin yemək yemək sağlamlığa ziyan vurur. Ümumiyyətlə çalışın əhvalınız hər zaman yaxşı olsun.
4. Yemək yeyəndə hər tikəni mümkün qədər çox çeynəyin. Bu qidanın daha yaxşı mənimsənilməsinə və bədən çəkisinin azalmasına yardım edir.
5. Qidalanmanızda bitki mənşəli məhsullar 50-60% təşkil etməlidir. Bitki mənşəli qidaları (salat, vineqret və s.) əsas qida qəbulundan 8-10 dəqiqə qabaq yeyin.
6. Karbohidratları zülallarla qarışdırmayın.
7. Qızardılmış qidalar, yağlı bulyonlar, süd, kolbasa, sosis, şirniyyatlar, ağ çörəkdən imtina edin.
8. Yeməkləri bişirəndən dərhal sonra yeyin. Yeməyin qızıdırılması, soyuducuda saxlanılması onu “ölü qidaya” çevirir .
9. Yediyiniz yemək, içdiyiniz çay, qəhvə isti deyil, təxminən bədən temperaturunda olmalıdır.
10. Yeməkdən sonra 20-30 dəqiqə ərzində dincəlin, amma yatmayın.
11. Gün ərzində 3-4 dəfə qidalanın.
12. Həftədə 1 dəfə 1 gün ac qalın (su içmək olar).
13. Həftədə 1-2 dəfə az miqdarda (1/2-1 qəhvə qaşığı) soda qəbul edin. Sodanı suda həll edib içmək və ya birbaşa dilin üzərinə töküb sonra su içmək olar. Soda orqanizmi qələviləşdirir ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin qarşısını alır.
Saglamolun.Az