Demensiya riskindəki 9 amil - MARAQLI

Böyük Britaniyanın Lancet tibb jurnalında yer alan beynəlxalq araşdırmaya görə, yaşam tərzində edəcəyiniz 9 dəyişiklik demensiya(ağlını itirmə) riskini azalda bilər.

Araşdırmanın nəticələrinə görə, beyin sağlığına diqqət göstərənlərin sayı artarsa, 3 demensiya hadisəsindən birinin qarşısı alına bilər.

Həyatı boyunca təhsili və yeni şeylər öyrənməyi davam etdirmək də demensiya hallarının qarşısını ala bilər.

Araşdırma təhsili tamamlamamaq, eşitmə hissini itirmək, siqaret çəkmək və hərəkətsizlik kimi 9 amilə diqqət yönəldib.

24 beynəlxalq tibbi mütəxəssisin iştirakı ilə hazırlanan araşdırmanın hesabatına görə, 2050-ci ildə dünya miqyasında 131 milyon insan demensiya xəstəliyinə yoluxa bilər.

Günümüzdə 47 milyona yaxın insanın bu xəstəliklə mübarizə apardığı ehtimal olunur.

Həyat tərzimizdə nəyi dəyişdirməli, hansı narahatlıqlarımızı sürətlə müalicə etməliyik?

  • Orta yaşda eşitmə hissini itirmək - 9%
  • Məktəbi bitirməmək - 8%
  • Siqaret çəkmək - 5%
  • Depresiya - 4%
  • Fiziki fəallıq - 3%
  • Sosial həyatdan kənarlaşma - 2%
  • Yüksək təzyiq - 2%
  • Obezite - 1%
  • 2-ci növ diabet - 1%

Saglamolun.Az