Miqren və ölümcül ürək-damar pozulmaları arasında əlaqə aşkar olunub.
Elmi araşdırma göstərir ki, miqrendən əziyyət çəkən insanlarda bu pozulması olmayan insanlarla müqayisədə insult, ürək qulaqcıqlarının fibrillyasiya, trombların riski artmış olur.
Saglamolun.az Live Science saytına istinadla xəbər verir ki, araşdırma zamanı 120 min insanın sağlamlıq haqqında məlumatı təhlil edilib.
Araşdırmanın nəticələrinə görə, miqrendən əziyyət çəkənlərdə ürək tutmasının riski 1,5 dəfə, fibliyasiyaların riski - 1,3 dəfə, trombların riski - 1,6 dəfə artmış olur.
İnsultun riski isə daha çox - 2 dəfə artır. Alimlərin fikrinə görə, bunun səbəbi damarların anı sıxılmasıdır ki, bu həm miqrenə, həm də insulta səbəb olur.
Bu nəticələr xüsusilə miqrendən əziyyət çəkən qadınlara aiddir.
Saglamolun.Az