Türkiyədə 96 yaşlı qadın koronavirusa qalib gəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 96 yaşlı Fəridə Tok xəstəxanada müalicə alarkən həkimləri də təəccübləndirib:
“40 nəvəm var. Gənclik illərimdən çoxlu lobya, soğan və bibər yeyirdim. Həkimlər belə yaşımın 96 olduğuna təəccübləndilər. 3 həftə müalicə aldım, sağlamlığıma qovuşdum.
Hazırda yaxşıyam. Xəstəliyə tutulmazdan öncə evimdə tək yaşayırdım, indi isə qızım qulluğumda dayanır”.
Saglamolun.Az