Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü, yaralananlar var

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

Qazet.az xəbər verir ki, Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan tibbi personalı təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyiblər.

Qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az