Загрузка...

İsti havada ürək tutmasının və infarktın qarşısını almaq üçün TÖVSİYƏLƏR

İsti hava ürək-damar sistemi üçün ciddi sınaqdır. Xüsusilə bu ürək və damar xəstəlikləri olan insanlara aiddir.

İsti havada ürək tutması, insult və infarktın riski artır. Bunu nəzərə almaq və istidə ürəyi qorumaq üçün həkimlərin sadə tövsiyələrinə riayət etmək lazımdır. Saglamolun.az sizə kardioloqların isti havada əsas tövsiyələrini təqdim edir:

1. Fiziki gərginliyi azaldın.  

2. Daha çox su için (buna əks-göstərişlər yoxdursa).

3. Dənizə gedəndə suya birdən girməyin. Hava və suyun arasında olan temperatur fərqi çoxdur. İsti bədən birdən-birə nisbətən soyuq su ilə təmasa girəndə bu damarların anı sıxılmasına və ürək tutmasına səbəb ola bilər. Bu həmçinin soyuq duşa da aiddir.

Bədəni suya öyrəşdirmək lazımdır. Əvvəl topuqlarınıza qədər suya girin və bir qədər dayanın ki, orqanizm öyrəşsin, sonra dizlərinizə qədər və s.

4. Ağır, yağlı yeməklərdən imtina edin. Belə yeməklər ürək üçün əlavə gərginlik yaradır.

Duz və ədviyyatların istehlakını minimuma azaldın. Duz orqanizmdə mayeni saxlayır və bu da ödemlərə səbəb ola bilər. Ədviyyatlar isə qan dövranını sürətləndirir ki, bu da isti havada ürəyə ziyan vura bilər.

5. Spirtli içkiləri içməyin

Spirtli içkilər və isti hava damarları genişləndirir. Nəticədə ürək və damarlar ikiqat zərbə alır.

6. Təzyiqiqnizə daim nəzarət edin, həkim sizə təyin etdiyi preparatları vaxtı-vaxtında qəbul edin. 


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика