"Xayada ağrının olması, bir simptomdur, xəstəlik deyil".
Bu sözləri Bakı City Hospitalın uroloq-androloqu Mirhikmət Qiyasov Sağlamoun.az-a danışarkən deyib.
O bildirib ki, bu hal müxtəlif xəstəliklər zamanı özünü göstərə bilər:
"Xaya ağrısı şiddətli və zəyif ola bilər və müxtəlif xəstəliklərdə müxtəlif cür təzahür edə bilər. Xaya ağrısına ən çox səbəb olan xəstəliklər aşağıdakilərdir: Xayanın iltahabı xəstəlikləri, varikosel, xayanın öz oxu ətrafında burulması və xayanın ankoloji xəstəlikləri. Əgər xayanızda ani başlayan və kəskin olduğunu hiss etdiyiniz ağrılar başlayıbsa, mütləq uroloqa müraciət edin".
Həkimlə əlaqə saxlamaq üçün 050 662 69 92 mobil nömrəsinə zəng edin!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az