Koronavirusun profilaktikası mümkündürmü? Koronavirusdan qorunmaq üçün hansı dərmanlardan istifadə edək? və s. kimi suallar bir çox insanları maraqlandırır.
Saglamolun.az bildirir ki, pulmonoloq Eldar Zeynalovun bu suala "Facebook" hesabında belə cavab verib:
“Ən çox verilən sual. "Covid-19 virusunun profilaktikası üçün hansı dərman qəbul edək? "
Profilaktik olaraq hər hansı virus əleyhinə preparatların qəbulu düzgün deyil və praktiki olaraq həmin dərmanlar profilaktik heç bir effekt verməyib. Səbəb kimi onu deyə bilərəm ki, virusa qarşı ən effektli təsir orqanizmin özünün hazırladığı anticisimlərdir.
Virusa yoluxmadan qəbul olunan dərmanlar istifadə edildikdən sonra bir neçə saat sonra orqanizmi müxtəlif yollarla (sidik, tər, nəfəs və s.) tərk edir və orqanizmdə heç bir anticisim əmələ gəlmir. Yalnız yoluxmanın ilk günləri ilkin kiçik simptomlar zamanı həmin dərmanlar içilən zaman orqanizmdə virus olduğu üçün həmin dərmanların istifadəsi zamanı virusun məhvi və anticismlərin əmələ gəlməsi baş verir.
P.S. Covid-19-un profilaktikası yoxdur”.
Saglamolun.Az