Arteriya və vena damarlarının artıq maddələrdən və duzlardan vaxtaşırı təmizlənməsi damarların elastikliyini və möhkəmliyini artırır, damarların gəncləşməsinə səbəb olur.
Damarların təmizlənməsi bir çox damar xəstəliklərinin, insult və infaktın riskinin azalmasına səbəb olur.
Resept №1
120 qram çobanyastığı çiçəyi, solmazçiçək, ağcaqayın çiçəkləri və qoyunqıran xırdalanır, yarım litr qaynar suda 3-4 saat saxlanılır. Dəmləndikdən sonra süzülür və 1 xörək qaşığı bal əlavə edilir. Dəmləmə hər axşam yeməyindən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Prosedur dəmləmə qurtarana qədər davam etdirilir. Bu müalicəni yalnız 5 ildə 1 dəfə etmək lazımdır.
Resept №2
100 qram valerian kökü və şüyüd toxumu bankaya tökülür və üzərinə 2 stəkan təbii bal əlavə edilir. Bir gün saxladıqdan sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 qaşıq qəbul edilir.
Resept №3
Kivi şirəsi tromboflebitlərin və varikoz genəlmənin qarşısını alır.
Resept №4
Hər səhər yeməyində 30 dəqiqə əvvəl 1 stəkan suya 1 x.q. təbii alma sirkəsi və 1 çay qaşığı bal əlavə edib için.
Damar xəstəliklərin qarşısını almaq üçün qidalanmaya tərəvəz salatları, sıyıqlar (qarabaşaq, darı, yulaf və s. yarmalardan) əlavə edin, gündə ən azı 1 l adi su için. Şəkərli diabet və zob xəstəlikləri damarların sağlamlığına ciddi ziyan vurur, infarkt və insultun riskini artırır. Bu səbəbdən bu xəstəliklər vaxtında aşkar olunmalı və müalicə olunmalıdır. (milli.az)
Saglamolun.Az