Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı

Məlum olub ki, başı böyük olan uşaqlar daha ağıllıdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər başı böyük olan uşaqların beyninin daha güclü inkişaf etdiyi faktını təsdiqləyib.

Böyük Britaniyanın “Biobank” alimlərinin geniş miqyaslı araşdırması başı böyük anadan olanların daha ağıllı olduqlarını təsbit edib. Genlərin ağıl və sağlamlıqla əlaqələrinə yönələn araşdırma "Molekulyar Psixiatriya" jurnalında dərc edilib.

Alimlər bu qənaətə gəlib ki, yekəbaş insanlar daha yüksək intellekt göstəricilərinə malikdir. Bu faktı onların ali təhsil kimi göstəriciləri və koqnitiv testlərin nəticələri sübuta yetirib.

Bəs hansı ölçü böyük baş sayılır? Alimlərin sözlərinə görə, ağıllı uşaqların baş çevrəsi 31 ilə 35, 5 sm böyüklüyündədir.

Bununla belə başın çevrəsi yüksək intellektin yeganə göstəricisi deyil. Ümumi sağlamlıq vəziyyətinin də ağılla bağlı olduğu irəli sürülüb.

“Tədqiqat sağlam insanların da müqayisədə daha ağıllı olduğunu göstərib”, - deyə tədqiqatçı Saskia Hagenars bildirib.

Odur ki, körpənizin başı böyükdürsə, narahat olmağa dəyməz, bu, öyünmək üçün əsaslı səbəbdir.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...

 


Яндекс.Метрика