Dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür - RƏSMİ AÇIQLAMA



“Bəzi ölkələrdə məktəblərdə tədris yuxarı sinif şagirdləri üçün bərpa olunur”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçirilə bilər: “Bu barədə hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması, yəqin ki, real görünmür. Hazırkı vəziyyətdə insanlar arasında sosial məsafənin saxlanılması olduqca vacibdir. Məktəblərdə isə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.

Saglamolun.Az