Şirin qarpız seçmək üçün 5 İPUCU

İnsan orqanizmi üçün faydalı olan giləmeyvələrdən biri də qapızdır. Yay fəslinin əvəzsiz təamlarından olan qarpız susuzluğu yatırdır, həzm prosesini yaxşılaşdırır və qanı durulaşdırır.

Qan təzyiqi yüksək olan insanlar qarpız vasitəsilə mütəmadi olaraq təzyiqlərini stabil saxlayırlar. Qarpız tumu böyrək daşını salır. Bəs şirin və keyfiyyətli qapızı necə seçmək lazımdır? İnsanların bir qismi qarpızın sapına baxmaqla, bir qismi əlində sıxmağa çalışaraq yoxlayır. Bəzi insanlar da bu seçimi tanış satıcıların öhdəsinə buraxır.
Publika.Az bu yazıda sizə keyfiyyətli və şirin qarpızı seçmək üçün diqqət etməli olduğunuz 5 nüansı təqdim edir:

1. Ağ ləkə

Qarpızın qabığının torpağa dəyən hissəsində yaranan ağ ləkə. Torpaqla təmasda olan hissə nə qədər sarı və ağ rəngə çalarsa bu da qarpızın bir o qədər keyfiyyətli və şirin olduğuna işarədir.

2. Hörümçək toru

Qarpızın gülünü tozlandıran arılar onun üzərində qəhvəyi rəngli hörümçək toruna bənzər şəkil formalaşdırır. Bu çırlar nə qədər çox olarsa, bu da qarpızın içinin qırmızı, dadının isə şirin olduğunu göstərir.

3. Erkək və ya dişi qarpız

Qarpızların da erkək və dişi növü olur. Bunu müəyyənləşdirmək üçün onların formasına baxmaq kifayətdir. Belə ki, uzunsov və kobud formalı qarpızlar erkək, yumru və həcmi kiçik qarpızlar isə dişi növ hesab olunur. Şirinliyinə gəldikdə isə, əlbəttə ki, dişi qarpız növü daha şirin olur.

4. Ölçü

İri və kobud qarpızlar heç vaxt şirin olmur. Üstünlüyü hər zaman kiçik ölçülü və ölçüsünə görə ağır (5-7 kq) qarpızlara verin.

5. Quyruq

Dəymiş və şirin qarpızın quyruğu quru olmalıdır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...

 


Яндекс.Метрика