Загрузка...

Aqressiv uşaqla necə davranmalı. Psixoloqun tövsiyələri

Uşaqlarda aqresiya son zamanların ən aktual mövzularındandır.

Aqressiv uşaqların sayı sürətlə artır. Bu çoxlu sayda xoşagəlməz faktorların təsirindən yaranır:

-  Uşaqların həyatının sosial şəraitinin pisləşməsi

- Ailə tərbiyəsinin düzgün təşkil olunmaması

- Məktəbdə uşaqların sinir-psixi vəziyyətinə diqqət yetirilməməsi

- Uşağın baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən patoloji hamiləlik və doğuşların sayının artması, bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.

Aqressiv uşaqlarla necə davranmalı:

- Səs tonunuza diqqət edin. Yüksək səslə danışmaq uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir göstərir.

- Fiziki cəza olmaz. Qəzəbinizi idarə etməyi bacarın. Uşağınıza qarşı səs yüksəltmək, vurmaq heç də doğru üsul deyil. Əgər uşağınızın qışqırmasını isətmirsirnizsə, ilk növbədə siz bu cür davranmalısınız.

- Nümunə olun. Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar böyükəri təqlid edərək böyüyür.

- Müsbət davranışları mükafatlandırın. Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifədə olunmaqla daha müsbət tərəfə yönəltməklə həyata keçirilsə daha yaxşı olar. Məsələn, “Afərin sənə, sözünü tutdun”, “Mən bilirdim ki, sən verdiyin sözləri tutursan”, “Səninlə fəxr edirik” və .s.

- Səbrli olun və izah edin. Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbrlə izah edin. Zərərlərini, itirə biləcəklərini açqlayın.

- Sosial normaları izah edin. Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara, valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət, hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini söyləyin.

- Uşağınızı tanıyın. Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli şəkildə bunlardan uzaq durun.

- Səhvlərini deyin. Aqressiv olduqda sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından uzaqlaşın. Lakin, sonra nəyi səhv etdiyini və nə üçün ona "olmaz" dediyinizi izah edin.

- Ailə üzvlərinin sözü bir olsun. Belə şəraitdə ailə üzvlərindən biri sərt, digəri həddən artıq yumşaq davranarsa uşaq daha da ərköyünləşər, inadkar və eqoist olar.

- Uşağınıza qarşı “sən tərssən” , “aqressivsən" və s. ifadələr işlətməyin. Belə olduqda o, daha da aqressivləşər.

Ən əsası övladınızı bir şəxsiyyət kimi qəbul edin və ona hörmət edin. Unutmayın ki, uşağınızın gələcəyi sizin bu gün onu tərbiyə etməyinizdən asılıdır.

Sevinc Əsgərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

Dushunce.az


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика