Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir.
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb.
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında bu qərarı müsbət qiymətləndirib: "Vəziyyət o qədər də ağır deyil. Ancaq məsələyə ciddi yanaşmaq, sərt karantin rejimi tətbiq etmək lazımdır. Çin təcrübəsindən gördük ki, ancaq məsuliyyətli və qətiyyətli olmaqla koronavirusla mübarizə mümkündür. Azərbaycan ekstremal hadisəyə hazır olmalıdır. Düşünürəm ki, təlim- treninqlərin təşkil edilməsi müsbət təşəbbüsdür. Çətinlik may ayına kimidir. Sonradan təhlükə nisbətən sovuşmalıdır".
Saglamolun.Az