Əl gigiyenası infeksiyaların qarşısını almaq və antibiotik müqavimətinin yayılması ilə mübarizə aparmaq üçün ən təsirli həll yoludur. Cəmi 40 saniyəlik düzgün əl yuma ilə xəstəliklərin qarşısını almaq mümkündür.
Araşdırmalar göstərib ki, əl gigiyenası ilə infeksiyaları 50 faiz azaltmaq mümkündür. Əl gigiyenasının yaxşılaşdırılması effektiv infeksiyaya nəzarətin vacib hissəsidir. Buna görə də xəstələrin və tibb işçilərinin təhlükəsizliyi üçün əvəzolunmazdır.
Əllərin düzgün yuyulmaması yoluxucu xəstəliklərə səbəb ola bilər. Təmasda olan səthlərdən və ya materiallardan götürülən mikroblar yoluxucu xəstəliklərin yayılmasında rol oynayır. Qrip, soyuqdəymə, ishal, göz infeksiyaları və dəri infeksiyaları kimi xəstəliklər bu şəkildə daha çox yayılır. Çöldən evə gəldikdə, yeməkdən əvvəl və sonra, tualet ehtiyacı ödənildikdən sonra, zibil və ya kimyəvi maddələrlə təmasdan sonra, pulla təmasdan sonra, xəstələrlə təmasdan əvvəl və sonra və ya bədən yaraları, öskürəkdən sonra və ya asqırdıqdan sonra əllər yuyulmalıdır.
Səhiyyə ilə əlaqəli infeksiyalar xəstələrin təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər. ABŞ-da aparılan bir araşdırmada xəstəxana içi infeksiyaların ümumi illik xərcinin 9,8 milyard dollar olduğu bildirilib. Bütün bunları nəzərə alsaq, bu o deməkdir ki, səhiyyə zamanı gigiyenik qaydalar düzgün tətbiq edildikdə, milyonlarla insanın həyatını xilas etmək mümkündür.
ƏL YUMAYANIN 10 QIZIL QAYDASI:
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əl gigiyenasını təmin etmək üçün 40 saniyə ərzində əl yuma zamanı bunları nəzərə almaq lazımdır:
- Əllərinizi su ilə isladıqdan sonra sabunu götürün.
- Ovuclarınızı dairəvi hərəkətlərlə ovuşdurun.
- Barmaqlarınızı barmaqlarınızın arasına sürtün, sağ ovucunuz sol əlinizin arxasına baxsın.
- Hər iki əl üçün eyni hərəkətləri edin.
- Ovuclarınızı birləşdirərək barmaqlarınızın arasını təmizləyin.
- Əlləri bir-birinə bağlayaraq əllərin içini və barmaqların arxasını yuyun.
- Baş barmaqlarınızı dairəvi hərəkətlərlə ovuşdurun.
- Digər əlinizin ovucuna toxunaraq dırnaqları və barmaq uclarını dairəvi hərəkətlə ovuşdurun.
- Əllərinizi su ilə yaxaladıqdan sonra birdəfəlik kağız dəsmal və ya dəsmal ilə qurulayın.
- Kranı kağız dəsmal ilə bağladıqdan sonra artıq əlləriniz təhlükəsizdir.
Sevinc Hüseynova
Saglamolun.Az