Spermoqrammanın nəticələri

1 il ərzində hamiləlik baş tutmazsa, ailə cütlüyü sonsuzluğa görə lazım olan müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.

Kişi mütləq spermoqramma verməlidir. Bəzi kişilər bu müayinədən utanır və ya bunu lazımsız bilirlər. Lakin bu müayinə olmadan sonsuzluğun əsl səbəbini aşkar etmək və sonsuzluğu tam effektli şəkildə müalicə etmək mümkün deyil.

Spermoqrammanın nəticələrinin maksimal düzgün olması üçün müəyyən şərtlərə riayət etmək lazımdır. Spermoqrammadan 3-4 gün əvvəl cinsi əlaqəyə girmək, saunaya getmək, isti vanna qəbul etmək, soyuqlamaq, alkoqol içkiləri qəbul etmək, güclü fiziki gərginliklərə məruz qalmaq (idman və s.) olmaz. Bu analizi verən kişi tam sağlam olmalıdır.

Kişidə spermoqrammanın normal olması həkimlərin işini xeyli asanlaşdırır. Bu halda həkimlərin bütün diqqəti qadın orqanizmində mümkün olan pozulmalara yönəlir.

Nəticələrə görə spermoqramma normal sayıla bilər və ya spermoqrammada müəyyən pozulmalar aşkar oluna bilər.

Spermoqrammanın nəticələri bu kimi ola bilər:

- Normospermiya. Bu o deməkdir ki, spermanın bütün göstəriciləri normaldır. Əgər bu halda hamiləlik baş vermirsə, problem qadının orqanizmindədir və ya ailə cütlükdə bioloji uyğunsuzluq var.

- Normozoospermiya. Spermanın bütün əsas göstəriciləri (həcmi, hərəkətlilik və s.) normaldır. Lakin spermanın mayalanma qabiliyyətinə təsir etməyən bəzi dəyişikliklər də vardır  (məsələn, dairəvi hüceyrələr artıq saydadırır, pH-ın, qatılığın, eyakulyatın durulaşmasının göstəriciləri bir qədər normadan kənardır və s.). Bu dəyişikliklərin səbəbi kişinin yaşı, cüzi iltihab ola bilər. Lakin qadın sağlamdırsa və bioloji uyğunsuzluq yoxdursa, hamiləlik baş tutmalıdır.

- Oliqospermiya. Eyakulyatın miqdarının az olması (2 ml-dən az). İlk dəfə kişidə oliqospermiya təyin olunduqda, bu narahatçılıq üçün səbəb sayılmır. Spermoqramma təkrar verilməlidir ki, bunun səbəbi kişinin təcrübəsizliyi (spermanın bütün həcmi konteynerə yığa bilmədi və s.), analizdən əvvəl cinsi əlaqə, güclü fiziki gərginliklər (idman zalında məşğələlər və s.), hər hansı xəstəlik və s. ola bilər. Əgər bir neçə analizdən sonra diaqnoz təsdiq olunarsa, bu hal sonsuzluğa səbəb ola bilər. Oliqospermiyanın səbəbi köhnə iltihab, xayalığın travması, bəzi nadir hallarda hormonal problemlər ola bilər. Kişi uroloqa və ya androloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə almalıdır.

- Oliqozoospermiya. Spermatozoidlərin miqdarının kifayət qədər olmaması  (spermanın 1 ml-də spermatozoidlərin 20 milyondan az olması). Səbəb - travmanın və iltihabın nəticəsində xaya toxumasının çapıqla əvəz olunması, nadir hallarda kişidə olan hormonal  pozulmalar. Oliqozoospermiya sonsuzluğa səbəb ola bilər. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Azoospermiya. Spermada spermatozoidlərin olmaması. Bu halda sperma şəffaf olur. Səbəb - iltihablar, kişi cinsiyyət sisteminin anadangəlmə patologiyaları, travmalar, varikosele, genetik mutasiyalar. Bir çox hallarda müalicə mümkünsüz olur.

- Astenozoospermiya. Spermatozoidlərin hərəkətliliyinin kifayət qədər olmaması (A kateqoriyalı spermatozoidlərin sayının 25%-dən az olması və ya A+B kateqoriyalı spermatozoidlərin sayının 50%-dən az olması). Səbəb - təzə iltihab, bəzi hallarda kişidə olan hormonal  pozulmalar. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Akinozoospermiya. Spermada spermatozoidlərin tam hərəkətsizliyi. Səbəblər - mühitin faktorları (yüksək hərarət, vibrasiya, radiasiya, narkotiklərin qəbulu və s.), hormonal problemlər, autoimmun xəstəliklər. Əksər hallarda akinozoospermiya zamanı süni mayalanma üsullarından istifadə olunur.

- Teratozoospermiya. Anomaliyalı spermatozoidlərin (quyruqsuz, başsız və s.) sayının artması (50%-dən artıq). Səbəblər - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Bir çox hallarda zədələyici faktor aşkar etmək mümkün olmur. Müalicə effekt vermədikdə, süni mayalanma üsullarından istifadə olunur.

-  Nekrozoospermiya. Spermada canlı spermatozoidlərin olmaması. Səbəb - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Zədələyici faktoru müəyyən edərək onu aradan qaldırmaq mümkün olmadığı halda, süni mayalanma üsullarında istəfadə oluna bilər.

- Leykositospermiya. Spermada leykositlərin sayının artması (1 ml spermada 1 mln. leykositlərdən  artıq). Səbəblər sidik-cinsiyyət sisteminin iltihabı, bəzi hallarda isə prostat vəzinin və ya xayalığın təzə travması.

- Hemospermiya. Spermada eritrositlərin olması (normada olmamalıdır). Bu halda sperma çəhrayı və ya qəhvəyi rəng ala bilər. Əksər hallarda bunun səbəbi sidik-cinsiyyət sisteminin iltihabi prosesləri və ya travma, nadir hallarda isə adətən yaşlı kişilərdə həmin orqanların xərçəngi.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#36 Akif 19.01.2015 14:24
salam, zehmet olmasa analiz neticesine öz fikrinizi bildirərdiniz:
,Miqdarı-3,8 ml
rəngi-az sarımtıl;
görünüşü- az selikli
qatılığı- 0,4
reaksiya 7,9
durulaşma - 60 dəq
leykosit- 4-7 yerlərlə 8-7 topa şəklində,
epitel hüceyrələr 1-2 g/slesitin deneleri orta miqdarda
selik- orta miqdarda
1 ml-də spermatozoidlər in sayı 40 mln
bütün eyakulyatdakı spermatozoidlər in sayı 152 mln
fəal hərəkətli 22% yavaş hərəkətli 20%yerində hərəkətli 24% hərəkətsiz-34%
normal spermatozoidlər 67% degenerativ spermatozoidlər 33%
#37 Administrator 20.01.2015 09:29
Цитирую Akif:
salam, zehmet olmasa analiz neticesine öz fikrinizi bildirərdiniz:
,Miqdarı-3,8 ml
rəngi-az sarımtıl;
görünüşü- az selikli
qatılığı- 0,4
reaksiya 7,9
durulaşma - 60 dəq
leykosit- 4-7 yerlərlə 8-7 topa şəklində,
epitel hüceyrələr 1-2 g/slesitin deneleri orta miqdarda
selik- orta miqdarda
1 ml-də spermatozoidlərin sayı 40 mln
bütün eyakulyatdakı spermatozoidlərin sayı 152 mln
fəal hərəkətli 22% yavaş hərəkətli 20%yerində hərəkətli 24% hərəkətsiz-34%
normal spermatozoidlər 67% degenerativ spermatozoidlər 33%



Nəticələr norma daxilindədir. Lakin Sizdə iltihab var (selik, leykositlərin artması buna işarə edir).
Uroloqa müraciət edin.
Saytımızda uroloq həkimləri haqqında məlumat tapa bilərsiniz.
#38 elsen 28.07.2015 07:21
Salam men test etmek isdeyirem spermamim derecesin
qiymetler barede mail.ru melumat yollasaniz minettar oalrdim .
#39 Administrator 29.07.2015 11:56
Цитирую elsen:
Salam men test etmek isdeyirem spermamim derecesin
qiymetler barede mail.ru melumat yollasaniz minettar oalrdim .


Bu linkə keçib sualınızı uroloqa verin: http://saglamolun.az/index.php/urologiya.html
#40 Sabina 01.11.2015 07:54
Salam Hekim. Menim yoldasimin spermatoqramman in netivrlerini yaziram.
Cinsi pehriz -3
Rengi-bozumtul agimtil
Selik-var
Durulasma vaxti-30
Qatiliq-0.4
Leykosit-20
Eritrosit-yox
Epitel-3-4
1ml de spermatozoidler in sayi-
Butun eyakulyatda spermatozoidler-30
Aktiv hereketli (a+b)-30
Duz hereketli (a)-18
Yavas hereketli-(b)-12
Yerinde hereketli-(c)-30
Hereketsiz(d)-40
Yararsiz(c+d)-70
Spermaqlunitasiya-(+)
Trixomonada-yox
Mays gobeleyi -yox
Lesitin denecikleri-ort a miqdarda
Pataloji formalar-15
Spermatogenez huceyreler-3

Xahis edirem. Neticesini deyrrdiz. Bu gostericilerle usaq sahibi ola bilerikmi? Mualicesi mumkunfurmu?
#41 Administrator 01.11.2015 11:15
Цитирую Sabina:
Salam Hekim. Menim yoldasimin spermatoqrammanin netivrlerini yaziram.
Cinsi pehriz -3
Rengi-bozumtul agimtil
Selik-var
Durulasma vaxti-30
Qatiliq-0.4
Leykosit-20
Eritrosit-yox
Epitel-3-4
1ml de spermatozoidlerin sayi-
Butun eyakulyatda spermatozoidler-30
Aktiv hereketli (a+b)-30
Duz hereketli (a)-18
Yavas hereketli-(b)-12
Yerinde hereketli-(c)-30
Hereketsiz(d)-40
Yararsiz(c+d)-70
Spermaqlunitasiya-(+)
Trixomonada-yox
Mays gobeleyi -yox
Lesitin denecikleri-orta miqdarda
Pataloji formalar-15
Spermatogenez huceyreler-3

Xahis edirem. Neticesini deyrrdiz. Bu gostericilerle usaq sahibi ola bilerikmi? Mualicesi mumkunfurmu?


Bu linkə keçib sualınızı androloqa verin: http://saglamolun.az/index.php/andrologiya.html

.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика