Koronavirusdan sonra iybilməni bərpa ermək üçün SADƏ ÜSUL

Koronavirusdan sonra bir çox insanlarda iybilmə uzun müddət, hətta aylar  ərzində bərpa olunmur. Bu insanlarda narahatçılıq yaradır.  

Saglamolun.az bildirir ki, rusiyalı həkim-nevroloq Darya Demixovanın sözlərinə görə, efir yağlarının köməyi ilə iybilmə prosesinin bərpa prosesini xeyli tezləşdirmək mümkündür.

Bunun üçün bir neçə efir yağından istifadə edin. Qızılgül, evkalipt, limon, mixək efir yağları ən təsirli sayılır. Yağın bir neçə damcısını pambıq diskinə damızdırın və bu diski burundan 2-3 sm məsafədə tutub iyləyin. Bunu gündə 3 dəfə 10-15 saniyə ərzində edin.

Həkim xəbərdarlıq edib ki, efir yağları bilavasitə satıldığı şüşədən iyləmək olmaz.

Saglamolun.Az