Koronavirusdan sağalmış həkim: 2 gün mən sanki yox idim... - FOTO

Saglamolun.az kp.ru-ya istinadla koronavirusdan sağalmış İtaliyanın Berqamo hospitalında işləyən həkim-reanimatoloq Ancelo Vavassorinin xəstəlik, onun simptomları və xəstəliklə mübarizəsi haqqında dediklərini sizə təqdim edir.

“...Mən dəqiqədə 15 deyil, 40 dəfə nəfəs almağa başladım. Hava demək olar keçmirdi, mən az qala kor olurdum. Parasetamol kömək etmirdi. Mən öz otağıma sığındım, evdəkilər yeməyimi qapının yanında  qoyub gedirdilər. Qızdırmam 39 idi. Sonra mən güclə nəfəs almağa başladım. Qoxu və dadları hiss etmirdim, əşyaları güclə seçirdim. Oksigenin azlığından başım ağrıyırdı, ishal başladı. Mən nəfəs almağa çalışırdım, amma hava keçmirdi. Xəstəxanada rentgen müayinəsi pnevmoniyanı təsdiq etdi. Məni süni  tənəffüs aparatına qoşdular. Narkoz və intubasiyadan qaçmaq istəsəm də bu alınmadı. Mən bayıldım. Ventilyasiya şlemində çox isti idi, tərləyirdim və mənə elə gəlirdi ki, boğulacam. Amma sonra hava gəlməyə başladı.

Mən reanimatoloqam və koronavirus xəstələrinin reaksiyalarını bilirdim, bu mənə kömək etdi. Mənə protokolda nəzərə tutulmuş bir neçə virus əleyhinə preparat verirdilər. Orqanizmə anticismlərin hazırlanması üçün vaxt lazımdır. Onlar virus ağciyərləri məhv etməyənə qədər virusu məhv etməlidir. Daha sonra faqositlər ölü virus və anticismlərlə məşğul olacaq.

2 gün mən sanki yox idim. Yuxuda hiss edirdim ki, mənə oksigen və maye verirdilər. Özümə gələndə mən özümü səhər tezdən yuxudan oyanmış kimi hiss etdim. Hər bir əşya mənə yeni və qeyri-adi görünürdü. İndi mən maskanın köməyi ilə nəfəs alıram”.

Saglamolun.Az