Sümüklərin əriməsini necə dayandırmaq olar? TÖVSİYƏLƏR

İnsan yaşlaşdıqca sümüklər zəifləyir, onların mineral sıxlığı azalır. Buna “osteoporoz” deyilir.

Osteoporoz yaşlanma ilə bağlı olan təbii prosess olsa da bu prosesi müəyyən dərəcədə ləngitmək, onun ağırlaşmalarının riskini azaltmaq mümkündür.  

Bunun üçün həkimlərin bəzi çox sadə tövsiyələrinə riayət etmək lazımdır. Saglamolun.az sizi bu tövsiyələri ilə tanış edir:

1. Fiziki aktivliyinizi artırın. Gün ərzində ən azı 1 saat piyada gəzin. Fiziki aktivliyin az olması osteoporozu sürətləndirən əsas faktorlardan biridir.

2. Hər gün açıq havada olun. Gün şüalarının təsirindən dərimizdə D vitamini sintez olunur. D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini təmin edir. Kalsium isə sümüklərimizin əsas “tikinti materialı”dır.   

3. Siqaret çəkməyin. Araçdırmalar sübut edib ki, siqaret çəkən insanlarda osteoporoz daha sürətlə inkişaf edir.

4. Düzgün qidalanın. Qidalanma sağlam və balanslaşdırılmış olmalıdır. Süd məhsulları, balıq, tərəvəzlər (xüsusilə brokkoli, kələm, ispanaq) sümüklərin sağlam və möhkəm qalması üçün ən faydalı məhsullardır. Ac qalmaq, müxtəlif pəhrizlər sümüklərin vəziyyətinə mənfi təsir edir, sümükləri zəiflədir.

Saglamolun.Az



 

.