Sosial şəbəkələrdə Sumqayıt şəhərinin helikopterlərlə dezinfeksiya ediləcəyinə dair xəbərlər yayılıb.
Məlumatda bildirilir ki, bu gecə saat 12-dən sonra havadan şəhərin küçələrinə dezinfeksiyaedici məhlul səpiləcək və buna görə hamıdan yuyulmuş paltarları və ərzaq məmulatlarını açıq havada saxlamamaq xahiş olunur.
Bizimyol.info məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, yayılan xəbərlər şaiyədir və həqiqəti əks etdirmir.
“Şəhərdə insanların kütləvi istifadə etdikləri bütün məkanlar, o cümlədən məktəb, baxça, ictimai nəqliyyat, mağazalar, xəstəxanalar mütəmadi olaraq dezinfeksiya məhlulları ilə təmizlənir, helikopterlə havadan müdaxiləyə ehtiyac yoxdur və bu mümkün deyil”.
Saglamolun.Az