Загрузка...

Mədə xorasını, ağrıları, qurd xəstəliklərini müalicə edən bitki. RESEPTLƏR

Andız kökü xalq təbabətində geniş istifadə olunan müalicəvi bitkidir.

Bu bitki müxtəlif xəstəliklər zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Andız kökünün müalicəvi xüsusiyyətləri ənənəvi tibdə də təsdiq olunur. Bu səbəbdən andız kökü farmasevtik preparatların tərkibinə daxil edilir.

Andız kökünün müalicəvi təsiri:

- bəlgəmgətirici təsir. Öskürək, bronxit zamanı istifadə olunur. 1 xörək qaşığı andız kökü 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla içilir.

- ödqovucu təsir. Bəzi öd və qara ciyər xəstəlikləri və iltihabları zamanı andız kökünün dəmləməsi istifadə olunur.

- qurdəleyhinə təsiri. Xüsusilə askaridioz zamanı geniş istifadə olunur və yaxşı müalicəvi effekt verir.

- ağrısızlaşdıran təsir. Revmatizm, podaqra, oturaq sinirinin iltihabı, lümbaqo, artrıq zamanı yaxşı kömək edir, ağrıları və iltihabı azaldır. Andız kökünün əsasında xüsusi təbii ağrısızlaşdıran məlhəm hazırlamaq olar. 50 qr quru andız kökünün üzərinə 1 stəkan istənilən bitki yağını tökün və 10 gün quru qaranlıq yerdə saxlayın (hər gün qarışdırmaq lazımdır). Sonra süzün və ağrısızlaşdıran məlhəm kimi istifadə edin.

Həmçinin bitkini islatmalar şəklində də istifadə etmək olar. Ağrıyan nahiyəyə andız kökünün ilıq dəmləməsində (1 x.q. andız kökü + 1 stəkan qaynar su) isladılmış parça qoyun və 20-30 dəqiqə saxlayın.

- yarasağaldan təsir. Andız kökü tanınmış yarasağaldan vasitədir. Müxtəlif yaralar, yanıqlar zamanı yaranın üzərinə gün ərzində bir neçə dəfə andız kökünün  dəmləməsində isladılmış tənzif qoyun.

- mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi zamanı yarasağaldan təsir edir.

- iltibah və mikrobəleyhinə təsir. Müxtəlif iltihablar zamanı andız kökünün dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə oluna bilər.

- umumimöhkəmləndirici təsir. Andız kökü orqanizmi möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır. 1 xörək qaşığı andız kökünü 1 stəkan qaynar suda dəmləyin və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləməyə bal da əlavə etmək olar.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика