Ümumdünya Səhiyyə Təşkilatı və Orxus Universiteti (Danimarka) havanın çirklənməsinin insan həyatının uzunluğuna olan təsirini araşdırıblar.
"Rossiyskaya qazeta"-nın məlumatına görə 100 000 insanın iştirakı ilə keçirilən bu araşdırma göstərib ki, havası çirkli olan regionlarda yaşayan insanların həyatı orta hesabla 9-11 il qısala bilər.
Böyük maqistral yollarının və sənaye müəssisələrinin yanında yaşamaq xüsusilə ziyanlı sayılır. Alimlər bunu ev, mənzil aldıqda mütləq nəzərə almağı tövsiyə edirlər.
Saglamolun.Az