Adi gözəllik proseduru kimi görünən manikür və pedikür çox qorxulu nəticələr verə bilər. Bunun üçün üz tutulan natəmiz gözəllik mərkəzləri QİÇS, hepatit, xərçəng kimi xəstəliklərin yuvasıdır.
Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində sujet hazırlanıb.
Sakin: "Bir insanın dırnağında istifadə olunan alətləri, başqa bir insanın dırnağında təmizlənməmiş istifadə etsək onda olan hər hansı bir xəstəlik keçə bilər".
Sakin: "Ustanı tanımaq lazımdır, yəni ilk öncə onun bu sənəti haradan öyrəndiyini bilmək lazımdır. Çünki indiki ustalar olur ki, 2 aylıq kursa gedir və mən ustayam deyir, gəlir oturur salonda. Özü belə "youtube"-dan baxıb öyrənir. Belələri dırnağın zədələyə də bilir".
Bəzən qadınlar peşəkar mərkəz və salonlarla yanaşı, hətta evlərdə də manikür və pedikür prosesini icra edirlər. Lakin mütəxəssəsislər bununla bağlı ciddi xəbərdarlıq edirlər.
Hüseynova Səidə - Sahə mütəxəssisi: "Sterilizə olunmuş alətlərə xüsusilə diqqət yetirməlisiniz. Xanımlar rahatçılıq və təmizkarlıq üçün evdə olunan pedikürə, manikürə üstünlük verirlər. Əslində isə bu ev şəraitində sterlizə olunan məsələlər deyil, ona görə də sterlizə avadanlıqları, aparatları olan mərkəzlərə, salonlara müraciət etmələrini tövsiyə edirik".
Vəfa Əhmədova - Terapevt: "Xüsusilə "Hepatit C" xəstələyinin və hepatitinin digər növlərinin, QİÇS xəstəliyinin, stafilokokk, streptokokk infeksiyalarının, göbələk xəstəliklərinin yayılmasına gətirib çıxarır ki, bu da gələcəkdə orqanizmdə böyük fəsadlara gətirib çıxarır".
Təmizlikdən əlavə makinür və pedikürin aparılması vaxtları da önəm daşıyır. Tez-tez bunu edən xanımların xərçəngə tutulma riskləri çoxalır.
Vəfa Əhmədova - Terapevt: "Bu zaman dırnaq ətində xüsusi zədələnmələr əmələ gəlir ki, bu da gələcəkdə xərçəng hüceyrələrinin orada inkişaf etməsinə və dəri xərçənginin əmələ gəlməsinə gətirib çıxarır".
Bununla yanaşı prosedur zamanı istifadə olunan məhsulların keyfiyyəti də çox önəmlidir.
Saglamolun.Az