Загрузка...

Gözlərimizi necə qoruyaq...

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.

Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Vitamin A.

Vitamin A,  tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı "gecə korluğu"kimi xəstəliyə  səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində  bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da  bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də  qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir.

Vitamin C.

İdeal görmə qabiliyyəti olan və ya görmə qabiliyyətində problemi olan insanlarda gün ərzində və ya il ərzində qan dövranı ilə bağlı olan təzyiq problemin, görmə qabiliyyətini  dəyişə bilir. O üzdən gözü ayrı bir orqan kimi qəbul etmək lazım deyil. Yüksək təzyiq olduqda tor qişanın qan təmini normada olmur, bu isə o deməkdir ki gözlərin vəziyyəti ilk növbədə qan damarlarından asılıdır. Damarların əsas qoruyucusu isə vitamin C -dir. Məhz bu səbəbdən Vitamin C  gözlərin sağlamlığı üçün bu qədər önəmlidir. Gündəlik Vitamin C dozasını 1 portağal təmin edir.

Vitamin E.

O, güclü antioksidant olub, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və qüzehi qişada distrofik dəyişiklərin əmələ gəlmə təhlükəsini azaldır. Bu vitaminin gündəlik qəbulu  göz şişinin əmələ gəlməsinin qarşısınə ala bilir. Göz üçün bu qədər xeyirli olan bu vitamini 50-100 qr findiq və ya qozdan əldə edə bilərsiz.

İndi isə hər bir insana maraqlı olan bəzi sualları araşdıraq..

Bəzi qida məhsullarının görmə qabiliyyətini yaxşılaşdırması düzgündürmü?

Bəli, bu düzgün fikirdir. Sadaladığımız vitaminlərlə zəngin olan məhsulların daimi qəbulu görmə qabiliyyətini 7,0-20 % yaxşılaşdırır. Burada bu vitaminlərin nə qədər qəbul etməyiniz deyil, orqanizmin  gündəlik olaraq lazımı dozanı almasıdır, belə ki bildiyimiz kimi orqanizm lazımı normadan çox qəbul etdikdə artıq qalanı xaric edir. Məhz bu üzdən lazımı dozanı gündəlik olaraq qəbul etməniz məsləhət görülür, belə ki, orqanizm vitamin ehtiyatı yiğmadığından, çalışın gündəlik rasionunuza kalsiy, sink və A,E,C  vitaminləri ilə zəngin olan məhsulları daxil edin.

Məlumdur ki, kompyuterdən aldığımız şüalanma  gözlər üçün çox ziyandır. Bəs, bütün günü kompyuter arxasında keçirən insanlara nə məsləhət görmək olar?

İlk və əsas olaraq odur ki, iş vaxtında gözlərinizin istirahəti üçün  fasilə vaxtı ayırın. Bunu uzağa (pəncərədən) və ya dərin bir koridora baxamaqla edə bilərsiniz. Bunu gün ərzində 3-4 dəfə etməniz məsləhət görülür. İkincisi bu fasilə zamanı kök, portağal və ya hər hansı şirə içsəniz pis olmaz. Alma da gözlər üçün çox xeyirli sayılır. Almanın  tərkibində pektin var, o isə damarlar üçün vacibdir.

Görmə qabiliyyəti üçün hansı mikroelementlər vacibdir? Deyilənə görə katarakta sink defisiti olan insanlarda daha çox təsadüf edilir?

Keçmiş zamanlarda xanımlar daha çox sink tərkibli qablardan istifadə etdikdə, bu xəstəlik daha az təsadüf edilirdi. Sink göz büllurunun qocalmasının qarşısını alır. Məhz bu səbəddən gündəlik olaraq tərkibində sink olan balqabaq, qara ciyər, balıq yeməyiniz məsləhət görülür. Görmə qabiliyyətində problemi olan insanlara balqabağı mümkün qədər çox yeməyi yaxşı hal sayılır.

Yaxını və ya uzağı görməyənlər üçün isə Vitamin C  və beta-karotinlər vacibdir.

Həmçinin unutmayın ki, orqanizmi kalsiy ilə zəngin olan məhsullarda təmin etmək lazımdır, çünki o göz qişasının qabığının möhkəm və hamar olmasına təsir edir. Kalsinin isə əsas mənbəyi süd məhsullarıdır.

Harvard universitetinin tədqiqatçıları belə qənaətə gəlmişlər ki, lyutein beta-karotinə yaxın olaraq, tor qişada yığılma qabiliyyətinə malikdir. Məhz o gözü qoruya bilir. Lyuteinin əsas mənbəyi - ispanaq, kahı, yaşıl noxud, yumurtanın sarısı, qırmızı şirin bibərdir. Lyutein kataraktanın əmələ gəlmə təhlükəsini azladaraq, nutrient olub, normal görmə qabiliyyəti üçün çox vacib sayılır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика