Türkiyənin Bursa şəhərində qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya gəlib.
Oxu.az xəbər verir ki, İnegöl rayonunda 33 yaşlı Yasəmən A. adlı qadın qarnı ağrıdığı üçün həkimə müraciət edib.
Ağrının səbəbini müəyyənləşdirmək üçün ondan analiz götürülüb və onun doqquz aylıq hamilə olduğu ortaya çıxıb.
Dərhal doğum şöbəsinə yerləşdirilən qadın on dəqiqə sonra oğlan uşağı dünyaya gətirib.
Saglamolun.Az