Qoyulan səhv diaqnoz səbəbindən keçmiş “Gözəllik kraliçası” ölümlə burun-buruna gəlib.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Delaver əyalətində keçirilən gözəllik yarışmalarının keçmiş iştirakçısı, 35 yaşlı Sintiya Martinez hər zaman sağlam həyat tərzi sürüb. O, 14 yaşından 25 yaşına qədər gözəllik müsabiqələrində iştirak edib, bir neçə dəfə qalib gəlib, sonra isə münsiflər heyətinə qoşulub.
2018-ci ilin noyabr ayında Martinez beş yaşlı oğlu Brus ilə birlikdə dostlarını ziyarətə gələrkən orada huşunu itirib.
Hadisə yerinə gələn həkimlər səhvən onun narkotikin artıq istifadəsi ilə əlaqədar huşunu itirdiyini düşünərək, opiodların təsirini yatıran preparatın ikiqat dozasını vurublar. Hər şey bundan sonra başlayıb.
İlkin “tibbi yardımdan” sonra xəstəxanaya aparılan amerikalı dözülməz ağrıdan qışqırıb. Həkimlər ona beyin damarlarının anevrizması diaqnozu qoyaraq dərhal əməliyyata alıblar.
Əməliyyat uğurlu olsa da, bir neçə gündən sonra qadın insult keçirib, onda beyin şişi yaranıb. Bundan başqa, onda ağciyər iltihabı və qanın zəhərlənməsi başlayıb. Pasiyent çox zəifləyib. Bu azmış kimi başın bir hissəsi də iltihablanıb, nəticədə, qadının kəllə sümüyünün yarısı götürülüb. Həkimlər onun yaşayacağını düşünməyiblər.
Xoşbəxtlikdən bundan sonra vəziyyət düzəlməyə başlayıb.
Bir müddət son modelin kəllə sümüyü sintetik sümüklə bərpa edilib. Hazırda qadının vəziyyəti normal qiymətləndirilir.
Saglamolun.Az