Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏTLƏR

Hər bir insan nə zamansa mütləq qəbizlikdən əziyyət çəkir. Bu, hər bir insanda rast gəlinə biləcək yüngül sağlamlıq problemlərindən biridir.

Başlanğıcda yüngül olsa da, sonrakı mərhələdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qəbizliyin qarşısını almaq üçün ilk növbədə bol maye qəbul etmək və aktiv həyat tərzi sürmək lazımdır. Mütəxəssislər xüsusilə qadınlarda tez-tez qəbizliyə rast gəlindiyini deyirlər.

Qəbizlik - bağırsaq fəaliyyətində çətinlik, nəcis ifrazının ağrılı olması, nəcisin sərt və quru olması halıdır. Qəbizliyin yaranmasına müxtəlif faktorlar səbəb ola bilər. Ancaq ilk növbədə qidalanma ilə bağlıdır. Kifayət qədər maye qəbul etməmək, zəif fiziki aktivlik, hərəkət azlığı və yağdan məhdud pəhriz saxlamaq qəbizliyin əsas və əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyin yaranması üçün kifayətdir. Bu səbəbdən də maye qəbulu çox böyük əhəmiyyət kəsb edir.

Qəbizliyin digər səbəbləri kimi hamiləlik, yaşlılıq, bəzi dərmanlar (antidepressantlar, antihipertansif, antasidler və s.), metabolik pozuntular (hipotiroidizm, hiperkalsemi), anus, bel sütunu struktur və funksional pozğunluqlar, nevroloji anormallıqlar, psixoloji xəstəliklər, dəmir çatışmazlığı göstərilir. Ümumiyyətlə isə, posa ilə zəngin qidalarla (quru paxlalılar, meyvə, tərəvəz, tam taxıllı məhsullar) qidalanmaq, bol maye qəbul etmək və aktiv fiziki həyat tərzi qəbzlik problemini həll edə bilər. Bu səbəbdən lif miqdarı artırılmalıdır, ağ çörək və işlənmiş taxıllar yerinə tam taxıl məhsulları və paxlalılar istifadə edilməlidir. Meyvələrin qabığı soyulmadan yeyilməlidir. Probiotik xüsusiyyətli qidalar bağırsaq fəaliyyətinə təsir edərək uzun müddət nizamlı işləməsini təmin edir. Buna görə gündəlik qidalanmada kefir və qatığa yer verməli, hər paya çiy tərəvəz və salat əlavə etmək lazımdır.

Həkimlər qəbizliklə mübarizədə bunları məsləhət görür:

- Gündə 2.5-3 litr su içmək vacibdir.

- Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, gündə 2 fincan razyana, yaşıl çay və çobanyastığı çayını içməyə çalışın.

- Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəviz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium tərkiblidir.

- Hər gün içilən 1 stəkan mineral su da maqnezium tərkibli olduğu üçün qəbizliyə faydası olacaq.

- Daim idman etmək qəbizlik əlamətlərini azaldır, gündə ən azı yarım saat piyada gəzmək də öz təsirini görəcəksiniz.

- Hər gün eyni saatda tualetə getməyə çalışın. Tualetə getmək istəmirsinizsə, yenə də 10-15 dəqiqə oturmağa çalışın. Bu zaman tualetə getmək istəyiniz yaranacaq.

- Səhər oyandıqda otaq istiliyində 1 stəkan su və ya 1-2 ədəd quru ərik yeyə bilərsiniz.

- Əgər qəbzlikdən uzun zamandır əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru əriyi kiçik-kiçik doğrayıb, 1.5 stəkanı su ilə qaynadın. Daha sonra içinə 1/2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib robotdan keçirin. Səhər ac qarına 2 stəkan ilıq suya bu qarışımdan 1 çay qaşığı əlavə edərək qəbul edin.

- Qəbizlik probleminin öhdəsindən gəlmək üçün həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.

Sonda bunu da əlavə edək ki, əgər qəbizlikdən iki həftədən çoxdur əziyyət çəkirsinizsə, yuxarıda sadaladıqlarımıza əməl edə bilərsiniz. Əgər faydası olmayacaqsa, həkimə və ya dietoloqa müraciət edin.

Mənbə: Aile.lent.az

 


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика